BAKI, 23 aprel. TELEQRAF
Fransa hökuməti İsrailin Qəzza, İordan çayının qərb sahili və Livandakı siyasətini dəyişməyəcəyi təqdirdə bu ölkəyə qarşı sərt addımların atılacağını istisna etmir.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.
Nazirin sözlərinə görə, mövcud vəziyyətə biganə qalmaq mümkün deyil:
"Əgər İsrail hökuməti Qəzza, İordan çayının qərb sahili və Livandakı siyasətini dəyişməsə, biz heç nə olmamış kimi davam edə bilmərik".
J.N.Barro qeyd edib ki, hazırda İsrailə qarşı sanksiyaların tətbiqi Macarıstanın vetosu səbəbindən bloklanıb. Lakin o, Macarıstandakı yeni baş nazirlə (Peter Madyar-red.) bu vetonun aradan qaldırılacağına inandığını vurğulayıb:
"Hesab edirəm ki, bu veto ləğv olunacaq və sözügedən sanksiyalar yaxın günlərdə tətbiq ediləcək".