BAKI, 23 aprel. TELEQRAF

Ermənistan və Azərbaycan arasındakı sülh qarşılıqlı etimada əsaslanır.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Delfi İqtisadi Forumu"nda çıxışı zamanı bildirib.

A.Qriqoryan çıxışında regional təhlükəsizlik vəziyyətinə toxunaraq, Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün vacibliyini vurğulayıb. O, bu sülhün institusionallaşdırılması istiqamətində görülən işləri qeyd edib:

"Eminəm ki, bərqərar olmuş sülh tərəflər arasındakı qarşılıqlı etimada əsaslanır".

Təhlükəsizlik Şurasının katibi həmçinin regionda kommunikasiyaların açılmasının əhəmiyyətindən danışıb. O, artıq əldə olunmuş razılaşmaların icra prosesinə və bunun yaradacağı iqtisadi imkanlara diqqət çəkib.