BAKI, 22 aprel. TELEQRAF

İşğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2026-cı ilin I rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11 faizi həcmində və yaxud 386,2 milyon manat vəsait istifadə olunub.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında qeyd edilir.

Bildirilir ki, həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin, 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.

Hesabat dövründə avtomobil yolları infrastrukturunun layihələndirilməsinə, yenidən qurulmasına 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisinə 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrasına 28 milyon manat xərclənib.