BAKI, 22 aprel. TELEQRAF

2026-cı ilin I rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79 faizi və ya 3210,0 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.

Teleqraf bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118,0 milyon manatı Azəri-Çıraq-Günəşli yatağı üzrə mənfəət vergisi hesabına olub.