BAKI, 22 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında icmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 2 milyard 131,8 milyon manat, xərcləri 2 milyard 52,9 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatında qeyd edilir.
Bildirilir ki, işsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 58,9 milyon manat, xərcləri 38,4 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 569,3 milyon manat, xərcləri 454,6 milyon manat olub.
Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 1007,9 milyon manat, xərcləri 3217,1 milyon manat məbləğində icra edilib.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 104,4 milyon manat, xərcləri 98,8 milyon manat təşkil edib.