BAKI, 23 aprel. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Tbilisidə Gürcüstan Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə müdafiə sektorunda ikitərəfli əməkdaşlı, bu əməkdaşlığın prioritetləri və perspektivləri müzakirə olunub.

Görüş zamanı regional təhlükəsizliklə bağlı məsələlərə toxunulub, bu kontekstdə regionda davamlı sülhün bərqərar olmasının bölgə ölkələrinin inkişafına töhfə verəcəyi vurğulanıb.