BAKI, 23 aprel. TELEQRAF
2026-cı il martın 31-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 73 515,9 milyon ABŞ dolları (124 976,9 milyon manat) təşkil edib.
Teleqraf xəbər verir ki, Fondun aktivləri 2026-cı ilin əvvəlinə 73 milyon 541,5 milyon ABŞ dolları (125 020,5 milyon manat) olub.
2026-cı ilin yanvar-mart ayları ərzində ARDNF-nin ümumi gəlirləri 3 milyon 180 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz gəlirləri 1 milyon 803,1 milyon manat olub. Vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 1 milyon 376,8 milyon manat təşkil edib, o cümlədən qızıl qiymətinin dəyişməsindən və valyutalar üzrə məzənnə fərqindən yaranan büdcədənkənar gəlirlər 2 milyon 117,9 milyon manat olub.
Eyni zamanda, investisiya portfelinin bazar dəyərinin dəyişməsi fonunda investisiya gəlirləri üzrə 741,1 milyon manat həcmində azalma qeydə alınıb. Büdcə xərcləri hesabat dövrü üzrə 3 milyon 223,5 milyon manat təşkil edib.