BAKI, 3 oktyabr. TELEQRAF

Azərbaycanda qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payı tezliklə 70 %-ə çatacaq.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda istehsal olunan məhsul və xidmət mallarının daha fəal şəkildə bir tərəfdən rəqabətlə birləşməsi digər tərəfdən isə bazarlara çıxması qabiliyyəti artacaq.

“İqtisadi siyasətin əsas drayveri qeyri-neft-qaz sektorudur. 2021–2024-cü illərdə qeyri-neft-qaz sektoru orta hesabla 6,7 % artıb. Bu, yaxşı göstəricidir, lakin təbii olaraq biz hər zaman onun sürətlənməsi yollarının axtarışındayıq. Ümumilikdə qeyri- neft- qaz sektorunun iqtisadiyyatda payı 68 faizə yüksəlib. Biz bunun cari ilin sonuna qədər 70 faiz ətrafında olacağını proqnozlaşdırırıq” - deyə nazir qeyd edib.