BAKI, 3 oktyabr. TELEQRAF
Böyük Britaniya ilə iqtisadi və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə edilib.
Teleqraf xəbər verir ki, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkədə səfərdə olan Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər investisiyaların təşviqi, vergi və gömrük sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub. Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.
Anar Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri sırasındadır. Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.
Öz növbəsində, Aleksandr Tirel birgə layihələr və təşəbbüslərin vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.