BAKI, 2 oktyabr. TELEQRAF
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Saray qəsəbəsində yeni binaların inşasını planlaşdırır.
Teleqraf xəbər verir ki, qurum bununla bağlı ümumi dəyəri 105 milyon 840 min 882,33 manat olan 3 satınalma elan edib.
Qəsəbədə bunun üçün 4,5 ha torpaq sahəsi ayrılıb. 8 və 9 nöm-li 16 mərtəbəli, 10,11 və 12 nöm-li 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nöm-li 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi üçün 42 milyon 179 min 408,58 manat,
5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün 27 milyon 349 min 902,47 manat, 1 və 4 nömrəli 12 mərtəbəli,2 və3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının,14 və15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binaları tikintisi üçün 36 milyon 311 min 571,28 manat nəzərdə tutulub.