BAKI, 30 iyul. TELEQRAF
BP və tərəfdaşları Azərbaycanda bərpa olunanenerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili layihəsini başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu təşəbbüs BP və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.
Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədəixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktikibacarıqlarla təmin etməkdir.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan məmnun olduqlarını qeyd edib:
“İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir”.
Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN (təxminən 189400 ABŞ dolları) təşkil edib.