BAKI, 12 iyun. TELEQRAF
2025-ci ilin mayında yeyinti məhsulları üzrə ixrac 20,9% artaraq 116 milyon dollar təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Teleqraf-a verilən məlumata görə, ötən il bu rəqəm 96,6 milyon dollar olub.
2025-ci ilin yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.