BAKI, 9 iyun. TELEQRAF

Ağ Ev rəhbəri Donald Trampın yeni qanun layihəsi və İlon Maskla bağlı böhran qızılın qiymətini yenidən bahalaşdırıb.

Teleqraf xəbər verir ki, Dünya Qızıl Şurası ABŞ-nin borc yükü və kredit reytinqi ilə bağlı risklərin artması nəticəsində qızıla tələbatın daha da artacağını açıqlayıb.

Qurum eləcə də ABŞ Xəzinədarlıq istiqrazlarının cəlbediciliyinin azaldığını və bunun qızıl qiymətlərini dəstəkləməyə davam edəcəyini irəli sürüb.

"State Street Global Advisors"a görə, hazırda unsiyası təxminən 3310 dollar olan qızıl 20%-ə qədər bahalaşa bilər. Təşkilatın məlumatına görə qızıl 6-9 ay ərzində 4000 dollara yüksələ bilər. Bu ssenarinin baş vermə ehtimalı təxminən 30 faizdir.

"Goldman Sachs"ın yüksək risk ssenarisinə görə, qızıl 2025-ci ilin sonuna qədər 4500 dollara qədər yüksələ bilər.
Daha ehtiyatlı proqnoz 3700 dollar ətrafındadır.