BAKI, 7 iyun. TELEQRAF

İyunun 5-6-da paytaxtdan bölgələrə toplam 20 min 554 sərnişin daşınıb.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) müxtəlif istiqamətlərə 605 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys çıxarılırsa, gücləndirilmiş rejimin hər günü əlavə olaraq 100-dən çox reys buraxılıb. Ümumilikdə iki gün ərzində BBAK-dan 205 əlavə reys həyata keçirilib.

Sərnişinlərin 38%-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

AYNA istirahət günlərində vətəndaşların daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaları üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələrini tövsiyə edir.