BAKI, 6 iyun. TELEQRAF

2025-ci ilin yanvar-aprel aylarında Naxçıvandan xarici ölkələrə mal-material və avadanlıq alınması məqsədilə ümumilikdə 26 milyon 632,12 min ABŞ dolları həcmində vəsait köçürülüb.

Teleqraf Mərkəzi Bankın Naxçıvan İdarəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,83% artım deməkdir.

Sözügedən dövrdə həmçinin 6 milyon 657,67 min avro və 144 milyon 370,17 min Rusiya rublu həcmində də beynəlxalq köçürmələr həyata keçirilib.

Türk lirəsi və Britaniya funt sterlinqi ilə köçürmələr aparılmayıb.