BAKI, 6 iyun. TELEQRAF
Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77 ABŞ dolları, və ya 1,12% bahalaşaraq 68,47 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.