BAKI, 5 iyun. TELEQRAF
2025-ci ilin may ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 6485 reyslə 155 568 sərnişin yola salınıb.
Teleqraf xəbər verir ki, onlayn gediş bileti əldə edən sərnişin sayı isə 35 690 və ya 22.4% olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
Bakı-Gəncə 614 reys 22 259 sərnişin, Bakı-Qırmızı Körpü 478 reys 16 278 sərnişin, Bakı-Xaçmaz-Xudat 429 reys 14 404 sərnişin, Bakı-Qusar 417 reys 11 134 sərnişin, Bakı-Quba 382 reys 9 975 sərnişin, Bakı-Mingəçevir 319 reys 8 398 sərnişin, Bakı-Naxçıvan 165 reys 7 028 sərnişin, Bakı-Şəki: 373 reys 6 555 sərnişin daşınıb.