“Viva Desserts"də müştərinin aldadılması halı aşkarlanıb.

Teleqraf xəbər verir ki, Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Viva Desserts" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb. Nəticədə sahibkar İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.