BAKI, 1 iyun. TELEQRAF
May ayının nəticələrinə görə, investorlar üçün ən sərfəli mallar kakao paxlası və platin olub.
Teleqraf xəbər verir ki, bu barədə ICE Futures, CME Group və Shanghai Metal Exchange birjalarının məlumatlarında yer alıb.
Şokolad istehsalında istifadə edilən kakaonun qiyməti bir ayda 11% bahalaşıb. Digər məhsullardan ən nəzərəçarpacaq qiymət artımı portağal suyu, demək olar ki, 8%, həmçinin düyü və yulafın hər biri 2,9% olub.
Metallar arasında platin 9,2% bahalaşaraq ən yuxarı artım göstərib. Qalay (+5,2%) və mis (+3,1%) də bahalaşıb. Qızıl isə 2,9%-lə daha asta yüksəlib.
Enerji sektorunda ən çox kömür 8,2% bahalaşıb. Avropada qazın qiyməti 5,5%, uranın qiyməti isə 5,4% artıb.
Lakin may ayında qəhvə daha çox ucuzlaşıb: 13,2%-lə 11% arasında.
Litiumun dəyəri də əhəmiyyətli dərəcədə- 9,2% azalıb.