BAKI, 29 may. TELEQRAF
İqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə nazir öz sosial şəbəkə hesabında yazıb.
Görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Avropa və Mərkəzi Asiyanı birləşdirən regional mərkəz kimi strateji rolu, investisiya, enerji, infrastruktur və sənaye sahələrində birgə təşəbbüslər haqqında fikir mübadiləsi aparılıb.