BAKI, 20 may. TELEQRAF

Ağdam Sənaye Parkının rezidenti “Mister Decor” MMC tərəfindən Özbəkistana divar kağızlarının ixracına başlanılıb. Bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsulun göndərilməsi nəzərdə tutulub.

Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.

Qeyd edək ki, “Mister Decor” MMC Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində divar kağızlarının istehsalını həyata keçirir. İnvestisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.