BAKI, 20 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917 milyon dollar olub.

Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata görə, ixrac 8 milyard 784 milyon dollar, idxal isə 8 milyard 132milyon dollar olub.

Xarici ticarətdə müsbət saldo isə 561 milyon dollar olub. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 4,1 dəfə azdır.