
BAKI, 14 aprel. TELEQRAF
Çin hökuməti 2027-ci ilə qədər bəzi bölgələrdə kömürlə işləyən elektrik stansiyalarının tikintisinə icazə verəcək.
Teleqraf xəbər verir ki, bu qərar "Milli İnkişaf və İslahat Komissiyası" nın fəaliyyət planında əksini tapıb.
Sənəddə qeyd olunur ki, günəş və külək enerjisi layihələrinin elektrik enerjisi təchizatını balanslaşdıra bilmir. Buna görə, yeni kömür stansiyalarının tikintisinə şərait yaradılacaq. Məqsəd – enerji təhlükəsizliyini qorumaq və təchizatda fasilələrinin qarşısını almaqdır.
Baxmayaraq ki, Çin Prezidenti Si Cinpin 2026-cı ildən etibarən enerji istehlakının azaldılmasına çağırış edib, yeni plan ölkənin enerji sistemində kömürün hələ də mühüm rol oynadığını göstərir.
Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk iki ayında ölkədə kömürlə işləyən elektrik stansiyalarında hasilat 5,8 faiz azalıb. Bu isə əsasən qış mövsümünün mülayim keçməsi, iqtisadi aktivliyin zəifləməsi və bərpa olunan enerjinin payının artması ilə izah olunur.