BAKI, 31 mart. TELEQRAF

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İrəvan "KTMT büdcəsi haqqında" qərarın imzalanmasından imtina edəcəyini və buna görə də təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmi şəkildə bəyan edir", - məlumatda deyilir.