BAKI, 31 mart. TELEQRAF

İran ordusu ABŞ prezidenti Donald Trampın Tehran nüvə sazişinə razı olmazsa, ölkəni bombalama təhdidi ilə əlaqədar raketləri hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tehran Times” məlumat yayıb.

Bildirilir ki, hazırlanan raketlər ABŞ-yə aid mövqeləri hədəf almağa qadirdir. Raketlərin əhəmiyyətli bir hissəsi artıq buraxılışa hazır vəziyyətdədir və İranın müxtəlif bölgələrində yerləşən yeraltı anbarlarda saxlanılır.

İranın ali lideri Əli Xamaneyi daha əvvəl bildirib ki, əgər ABŞ Tehrana hücum etsə buna mütləq cavab veriləcək.

Qeyd edək ki, Tramp Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə, İranın misli görünməmiş bombardmana məruz qalacağını bildirib.