BAKI, 31 mart. TELEQRAF

Qızıl yeni həftəyə yeni rekord qiymətlə başlayıb.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin dəyəri 0,89% artaraq 3,142.12 ABŞ dollarına bərabər olub.

​COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,57% artaraq 35.013 ABŞ dolları təşkil edib.