
BAKI, 31 mart. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,83% bahalaşaraq 4.1799 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyərində 0,12% dəyər itkisi baş verib. Beləliklə, qazın meqavat-saatı 40.68 avroya düşüb.