
BAKI, 18 mart. TELEQRAF
Azərbaycanın Ermənistana qarşı sülh sazişinə daxil edilməyən çoxsaylı tələbləri var.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan deyib.
Onun fikrincə, həmin tələblər aşağıdakılardır:
- Ermənistan hökuməti qərbi azərbaycanlıların geri qayıtmasını, onların Ermənistana maneəsiz daxil olmasını təmin etməlidir;
- Zəngəzur dəhlizi açılmalıdır;
- Ermənistan konstitusiyası Azərbaycanın tələblərinə uyğun dəyişdirilməlidir;
- Ermənistan Azərbaycana təzminat ödəməlidir;
- Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir;
- Ermənistan silahsızlaşdırılmalı və xarici ölkələrdən alınan silahlar təhvil verilməli və ya geri qaytarılmalıdır;
- Ermənistanda Birinci Qarabağ müharibəsi ilə bağlı “qələbə təbliğatı və müharibə iştirakçılarının tərənnümü”nə son qoyulmalıdır;
- Ermənistanda faşizm və radikal milliyyətçiliyi təbliğ edən bütün struktur və təşkilatlar bağlanmalıdır”.
Tatoyan qeyd edib ki, bunlar sülh müqaviləsindən kənarda olan və sazişin imzalanmasından əvvəl həll edilməli olan məsələlərdir.