BAKI, 18 mart. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyası keçirib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov və Mərkəzin şəxsi heyətinin iştirak etdiyi aksiya Bakı Regional Mərkəzinin ərazisində təşkil olunub.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında Mərkəzin əməkdaşları tərəfindən eldar şamı, küknar, zeytun və müxtəlif növ meyvə ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.