BAKI, 18 mart. TELEQRAF

Azərbaycanda topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin qiyməti 26,8-28,2 manat arasında dəyişir.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, paytaxtda və Abşeron rayonunda unun topdansatış qiyməti 27-27,3 manat civarında dəyişir.

Ölkə üzrə ən aşağı qiymət isə Şabran rayonunda qeydə alınıb – burada 50 kq-lıq un kisəsi 26,8 manata təklif olunur. Ən yüksək qiymət isə Gəncə şəhərindədir – burada topdansatış qiyməti 28,2 manat təşkil edir.