BAKI, 18 mart. TELEQRAF

Əfqanıstanın "Taliban" hərəkatı tərəfindən qurulan hökumət Kandahar vilayətində radio dalğalarında qadın səslərinin yayımlanmasını qadağan edib.

Teleqraf xəbər verir ki, bu barədə Afqanıstan Jurnalistlər Mərkəzi (AFJC) yerli hakimiyyətlərin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda bildirilir ki, qadın səslərinin radio dalğalarında yayımlanması qətiyyən qadağandır, həmçinin əyləncəli proqramlarda qadınların müraciətlərinin yayımlanması da yasaqlanıb.

Bundan əlavə, sənəddə yerli hakimiyyətlərdən xüsusi icazə almadan vilayətdə reportaj hazırlamaq olmaz.