BAKI, 18 mart. TELEQRAF

Ermənistanın yeni konstitusiyasının mətni hazır olan kimi, dərc olunaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Baş nazir Nikol Paşinyanın yeni konstitusiyanın regional əhəmiyyət daşıyacağı ilə bağlı açıqlamasına gəlincə, Qalyan bu barədə deyib:

“Söhbət sülh və sülh müqaviləsi və dinc münasibətlərə xələl gətirməyən konstitusiyadan gedir.

İstənilən halda biz davranışımızı, iş üslubumuzu elə qurmalıyıq ki, ölkəmizdə sülh bərqərar olsun, təhlükəsizlik mühiti inkişaf etsin”.

Ədliyyə naziri əmin edib ki, Ermənistanın yeni konstitusiyası sülhə təhlükə yaratmayacaq.