
BAKI, 18 mart. TELEQRAF
Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin nümayəndələrinin olmayacağına dair razılığa gəlib.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.
“İrəvan və Bakı Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin (ölkələrin) nümayəndələrinin olmayacağına dair razılığa gəlib”, - katib bildirib.