
BAKI, 18 mart. TELEQRAF
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbət Moskva vaxtı ilə saat 16:00-18:00 (Bakı vaxtı ilə 17:00-19:00 – red) arasında gözlənilir.
Teleqraf xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
“Moskva vaxtı ilə saat 16:00-dan 18:00-a qədər olacaq”, - Kremlin nümayəndəsi bildirib.