BAKI, 17 mart. TELEQRAF

Cari ilin yanvar ayı ərzində ölkədə 5727 ölüm halı qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Məlumata görə, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.