BAKI, 27 fevral. TELEQRAF
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidməti" publik hüquqi şəxsi polietilen fitinqlərin satın alınması ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 3 milyon 81 min 556 manatdır.
Qeyd edək ki, müsabiqədə iştirak haqqı 1 000 AZN-dir. Təkliflərin son təqdimolunma tarixi isə aprelin 10-dur. Zərflər də həmin gün açılacaq.