BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ hərbçilərinin Karib dənizində narkotik qaçaqmalçılığı marşrutu üzrə hərəkət etdiyi bildirilən gəmiyə zərbəsi nəticəsində 4 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Komandanlığın məlumatına görə, gəminin narkotik qaçaqmalçılığı ilə məşğul olduğuna dair kəşfiyyat məlumatları təsdiqlənib.
“Yoxlanılmış kəşfiyyat məlumatları gəminin narkotik qaçaqmalçılığı fəaliyyətinə fəal şəkildə cəlb olunduğunu göstərir”, - deyə komandanlığın “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
Əməliyyat nəticəsində 4 nəfər öldürülüb. ABŞ Cənub Komandanlığı onların narkotik terrorçuları olduğunu iddia edib.