BAKI, 20 sentyabr. TELEQRAF
İsrail silahlı qüvvələri gecə saatlarında Livanın cənub ərazilərinə, o cümlədən Ayta əl-Cəbəl və Zavtar əş-Şərqiyyə yaşayış məntəqələrinə artilleriya və hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın NNA dövlət xəbər agentliyi məlumat paylaşıb.
Məlumata görə, İsrail ordusu sübh saatlarında Bint Cbeyl rayonundakı Ayta əl-Cəbəl meşəliyini artilleriya atəşinə tutub, Vadi əl-Səluqi və Vadi əl-Huceyr ərazilərinə isə hava zərbələri endirib. Gece yarısından etibarən Əl-Mənsuri və Beyt əs-Səyyad ətraflarında da dalbadal partlayışlar qeydə alınıb.
Bununla yanaşı, Nəbatiyyə vilayətinin Zavtar əş-Şərqiyyə qəsəbəsinin şimal ətrafı da artilleriya atəşinə tutulub. Hücumlar nəticəsində tələfat və ya dağıntılar barədə məlumat verilməyib.