BAKI, 20 sentyabr. TELEQRAF

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan 69 yaşlı sürücü ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Təxtənəkəran kəndində baş verib.

Qəza zamanı xəsarət alan, Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyev reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gülağa Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, qəza nəticəsində onun oğlu Rüstəm Əliyev də ağır xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.