BAKI, 20 sentyabr. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutacaq.

İlk oyun saat 16:30-da Şamaxı şəhər stadionunda start götürəcək. “Şamaxı” evdə “Araz-Naxçıvan”ı qəbul edəcək. Matçın baş hakimi İnqilab Məmmədov olacaq.

Günün digər qarşılaşmasında isə “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək. Əliyar Ağayevin idarə edəcəyi oyun saat 19:00-da Gəncə şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, daha öncə “Qəbələ” “Neftçi”ni (0:3), “Qarabağ” “Şəfa”nı (1:0), “Turan Tovuz” “Zirə”ni (1:0), “Sabah” isə “İmişli”ni (3:1) qəbul edib.