BAKI, 20 sentyabr. TELEQRAF

İsrailin Bakıdakı səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bu barədə səfirlik "X" hesabında paylaşım edib.

"İsrail Dövlətinin Səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir!

Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!", - paylaşımda vurğulanıb.