BAKI, 20 sentyabr. TELEQRAF

Xankəndi şəhərinə, Xocalı, Xocavənd və Ağdərə rayonlarına köçürülmüş sakinlərdən 3 867 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.

Məlumata əsasən, həmin sakinlərdən 3 723 şəxsin məşğulluğu təmin edilib. O cümlədən, özünüməşğulluq proqramı çərçivəsində 560 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb, 144 sakin isə peşə hazırlığına cəlb olunub.

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə daha 660-dək şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.