BAKI, 17 sentyabr. TELEQRAF
2026-cı ilin ilk 8 ayında Azərbaycan 187 milyon 931.17 min ABŞ dollar dəyərində pambıq ixrac edib.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,26% çoxdur. Ötən ilin yanvar–avqust aylarında pambıq ixracının dəyəri 152 milyon 464.88 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə pambıq idxalının dəyəri isə 7 milyon 143.15 min ABŞ dolları olub. Bu isə 2025-ci ilin göstəricisinə (6 milyon 273.92 min dollar) nisbətən 13,86% çoxdur.
Qeyd edək ki, birinci yarımildə pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.86%-ni, idxal isə ümumi idxalın 0.06%-ni təşkil edib