Qayananın ABŞ-İran münaqişəsinin yaratdığı neft bazarındakı sarsıntılar fonunda qlobal enerji sektorundakı mövqeyini gücləndirdiyi və bazarın yenidən qurulmasında əsas iştirakçılardan birinə çevrildiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Qəzetin məlumatına görə, hazırda Qayanada sutkada təxminən 900 min barel neft hasil edilir. Proqnozlara əsasən, 2030-cu ilə qədər ölkədə gündəlik neft hasilatının 1,7 milyon barelə çatacağı gözlənilir.
Yerli iqtisadçı Riçard Rambarran bildirib ki, Qayanın neft sektorunda əldə etdiyi nəticələr ölkənin əvvəlki imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Onun sözlərinə görə, hazırkı inkişaf mərhələsi yalnız başlanğıcdır.
ABŞ-İran münaqişəsi fonunda Yaxın Şərqdə davam edən qarşıdurma qlobal neft bazarlarında qeyri-sabitliyə səbəb olub.
Qeyd olunur ki, Hindistanın neft emalı zavodları ilk dəfə ötən il oktyabrın 17-də Qayanadan neft alıb. “Indian Oil Corp” şirkətinə məxsus, ölkənin ən böyük neft emalı zavodu “Golden Arrowhead” markalı 2 milyon barel xam neft, “Hindustan Petroleum Corp” şirkətinin müəssisəsi isə eyni həcmdə neft satın alıb.