
BAKI, 24 fevral. TELEQRAF
Son günlərdə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 5 müraciət qeydə alınıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində müvafiq xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
"Hazırda müəssisənin müxtəlif şöbələrində ümumilikdə 78 nəfər şəxsə xidmət göstərilir. Onlardan 46 kişi, 32 i qadındır. Müəssisənin Müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsinə qəbul üçün vətəndaşlar müraciətlərini Sosial Xidmətlər Agentliyinin (012) 525 41 30 qaynar xətti, (050) 525 41 30 WhatsApp sosial platforması, eləcə də Agentliyin sosial media hesabları vasitəsilə ünvanlaya bilərlər", - məlumatda qeyd olunub.