BAKI, 24 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Rusiyaya işləməsi barədə iddialar Ukrayna ordusunda şübhələr yaradıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN Ukrayna ordusunun zabitinə istinadən məlumat yayıb.
"Hamımız özümüzü xəyanət uğramış kimi hiss edirik. Əgər o, Rusiyanın ən parlaq agenti çıxsa, buna təəccüblənməyəcəyəm", - o qeyd edib.

Telekanalın verdiyi məlumata görə, hazırda Ukrayna ordusu yaşananları şok kimi qiymətləndirir.
"Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyinin ordunun yüksək döyüş ruhu haqqında dedikləri reallıqdan uzaqdır", - məlumatda qeyd olunur.