
TBİLİSİ, 20 fevral. TELEQRAF
Ötən ay Azərbaycan Gürcüstandan ümumi dəyəri 185 min ABŞ dolları olan 21 487 litr şərab tədarük edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
Yanvarda qonşu ölkədən 4,2 milyon litr şərab ixrac olunub ki, bu da ötən ilin analoji göstəricisindən 28% azdır. İxracdan əldə edilmiş gəlir isə illik müqayisədə 34,5% azalaraq 12,9 milyon ABŞ dollarına bərabər olub.
Hesabat ayında Gürcüstan şərabı üçün əsas ixrac bazarı Rusiya olub. Rusiya Gürcüstandan 6,9 milyon ABŞ dolları dəyərində 2 561 377 litr şərab idxal edib. Gürcüstanın şərab ixracının 53,8%-i Rusiyanın payına düşüb.
Rusiya ilə yanaşı ilk üçlükdə Çin (1 mln. dollar, 388 027 litr) və Polşa (799 min dollar, 311 733 litr) yer alıb.