![](https://teleqraf.az/storage/2018/11/19/715x378/bdu-1.jpg)
BAKI, 12 fevral. TELEQRAF
BDU-nun baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib.
Bu barədə Teleqraf-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib.
Bildirilib ki, İlham Əliyev Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi olub.
O, 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.
O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib. 2015-ci ildən həmin kafedranın müdir müavini idi.
İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub.