
BAKI, 11 fevral. TELEQRAF
Türkiyədən Azərbaycana tütün ixracı kəskin azalıb.
Teleqraf xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin yaydığı statistikaya görə, ötən ay Türkiyədən Azərbaycana 412 min dollar dəyərində tütün ixrac olunub.
Bu, ötən ilin yanvar ayı ilə müqayisdə 76,7 faiz azalma deməkdir. Ötən ilin yanvarında 1 milyon 768,97 min dollar dəyərində tütün idxal olunmuşdu.
Ötən ilin dekabrı ilə müqayisədə isə azalma 64,9 faizdir.