![](https://teleqraf.az/storage/2025/01/31/715x378/1664467948805-ipaipa.jpg)
BAKI, 12 fevral. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Müdafiə Nazirliyinin 18-24 yaş arası kişilərin müqavilə ilə xidmətə cəlb edilməsi ilə bağlı qərarını “birtərəfli bilet” adlandırıb.
Teleqraf xəbər verir ki, diplomat Ukrayna Prezidenti Volodimir Zelenskini öz xalqını məhv etməkdə ittiham edib.
“Kiminsə bu müqavilənin nə olduğuna şübhəsi varmı? Bu, birtərəfli bilet (cəbhədə onların rus ordusu tərəfindən öldürüləcəklərini nəzərdə tutur – red) deməkdir. İndi də 18-24 yaş arası vətəndaşlarını məhv etməyə başlayıblar.
Hesab edirəm ki, Zelenskinin sponsorları və onun arxasında duranların qarşısına qoyduğu vəzifələrdən biri Ukrayna xalqını məhv etməkdir”, - Zaxarova bildirib.